• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İran Yəmən münaqişəsinin həlli planını açıqladı

  • Dünya
  • 14 Aprel 2015 17:56
  • 432 Baxış
İran Yəmən münaqişəsinin həlli planını açıqladı

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Yəməndə münaqişənin nizama salınması üzrə sülh planını açıqlayıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, İranın təklif etdiyi sülh planı dörd bənddən ibarətdir.

Bunlar atəşin dayandırılması, humanitar yardım, münaqişə tərəflər arasında dialoq və milli birlik hökumətinin formalaşdırılmasıdır. “Problem yəmənlilər tərəfindən həll edilməlidir. İran və Səudiyyə Ərəbistanı danışıqlar aparmalıdır, amma biz Yəmənin gələcəyini müəyyən edə bilməyəcəyik”, - İranın xarici siyasət idarəsinin başçısı deyib.

Bundan başqa, o, növbəti dəfə Səudiyyə Ərəbistanı Yəməndə bütün quru və hava əməliyyatlarını dayandırmağa çağırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hava əməliyyatlarının dayandırılması ilə bağlı rəsmi Tehranın təklifini iki gün əvvəl rədd edib. Başçılıq etdiyi ərəb koalisiyasının hava əməliyyatlarını Yəmənin legitim prezidenti Mənsur Hadinin müraciəti əsasında apardığını bildirən Ər-Riyad qiyamçı husilərə qarşı əməliyyatların davam etdiriləcəyini açıqlayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR