Papanın erməni “sevgisi”: Las-Veqas qumarxanaları və 25 milyard rüşvət - ŞOK SİRR
Bizi izləyin

Dünya

Papanın erməni “sevgisi”: Las-Veqas qumarxanaları və 25 milyard rüşvət - ŞOK SİRR

Roma Papası Fransiskin 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını hansı səbəbdən “soyqırım” adlandırması ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Papanın erməni diasporunun Vatikan Bankına 25 milyard dollar köçürmə vədi qarşılığında “soyqırım” dediyi iddia edilir.

Türkiyə mediasının yazdığına görə, erməni diasporunun son oyuncağı Papa Fransisk olub. Adı daim qalmaqallarda xatırlanan Vatikan Bankına 25 milyard dollar köçürmə vədi verən erməni diasporunun Papa Fransiski satın aldığı bildirilir. Sözügedən pulun isə İsveçrə banklarından birinə köçürüldüyü deyilir.

Las-Veqas qumarxanalarının memarı olan milyarder Kirk Kerkoryanın bu işi təşkil etdiyi qeyd edilir. İddiaya görə, Kerkoryan bu pulu 15-i ABŞ vətəndaşı olmaqla 20 iş adamından 5 illiyə götürüb. Bildirilir ki, türk düşməni olan Kerkoryan pulu tədarük etdikdən sonra yeni ilin ilk günlərində Papa ilə görüşüb. Papanın bu təklifə əvvəlcə mənfi yanaşdığı, ancaq bankın maliyyə problemlərini nəzərə alaraq müsbət cavab verdiyi iddia edilir.

Bir başqa iddiaya görə, ötən il Moskvada həbs olunan və sonradan ev həbsində saxlanılan erməni iş adamı Levon Ayrapetyan da Papanı razı salmaq üçün məsləhətçilərini təlimatlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm