Müsəlmanlara: Gedin, bir daha gəlməyin!
Bizi izləyin

Dünya

Müsəlmanlara: Gedin, bir daha gəlməyin!

Almaniyanın Drezden şəhərində PEGİDA (“Avropa vətənpərvərləri Qərbin islamlaşmasına qarşı”) şəhərdə növbəti nümayişini keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, nümayişdə Hollandiyanın ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Gert Vilders iştirak edib.

Nümayişdə çıxış edən Vilders Avropanın islamlaşmasına qarşı birlikdə addımlar atılmalı olduğunu söyləyib. İslam dini və Quran-i Kərimlə bağlı tənqidi ifadələr söyləyən Vilders PEGİDA nümayişinə qatılanların əsl vətənpərvərlər olduğunu deyib.

Almaniyanın kansleri Angela Merkelin “İslam Almaniyaya aiddir” fikrini tənqid edən Vilders bunun belə olmadığını, ancaq assimilyasiya edən immiqrantların Avropa cəmiyyətində yerinin olduğunu qeyd edib. Avropadan getmək istəyən immiqrantlara müraciət edən partiya sədri “Qoy getsinlər amma, amma bir daha gəlməsinlər'” deyib.

O, Şengen zonasının da ləğv edilməli olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm