Ukraynada separatçıların təyyarəsi vuruldu
Bizi izləyin

Dünya

Ukraynada separatçıların təyyarəsi vuruldu

Ukraynanın Donbas hövzəsində separatçılarla ordu qüvvələri arasındakı təmas xəttində vəziyyət gərginləşib.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, Ukrayna anti-terror əməliyyatları qərargahı vəziyyətin xüsusilə Donetçine rayonunda gərgin olduğunu açıqlayıb.

Məlumata görə, separatçılar minaatanlar, tanklar, zenit-raket sistemləri, avtomatik qumbaraatanlar və atıcı silahlardan anti-terror güclərinin mövqelərini intensiv atəş altında saxlayırlar.

“Düşmən hava kəşfiyyatını kifayət qədər aktivləşdirib. Son gün ərzində Luqansk kəndi və Mariupola yaxın ərazilərdə düşmənin pilotsuz təyyarələrinin 8 uçuşu qeydə alınıb. Onlardan biri Luqansk kəndi yaxınlığında Ukraynanın Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən vurulub”, - anti-terror əməliyyatları qərargahından bildirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm