Xərçəngdən xilas olmaq üçün özünü bişirdi - FOTOLAR
Bizi izləyin

Dünya

Xərçəngdən xilas olmaq üçün özünü bişirdi - FOTOLAR

Çinin Yunnan əyalətində yaşayan 25 yaşlı Jia Binhu 2 ildir ki, leykemiya xəstəliyindən əziyyət çəkir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, imkansızlıq ucbatından gənc oğlan müalicə ala bilmir. Buna baxmayaraq, Jia türkəçarə üsullarla özünü müalicə etməyə çalışır.

Bədənini məhv edən xərçəng hüceyrələrdən canını qurtarmaq üçün o, çox qəribə və təhlükəli metoddan istifadə edir. Belə ki, Jia evinin həyətində özünü kabab kimi qızarmaqla sağalacağına ümid edir.

Jia könüllülər tərəfindən toplanmış 80 min dollar ianənin sayəsində sümük iliyi köçürülməsi prosedurunu keçirib. Lakin bahalı prosedur uğurlu olmayıb. Kasıb fermer ailəsindən gələn Jia xəstəxanada müalicə almağa pulu olmayıb. Bununla belə, gənc oğlan ümidini üzməyib və xərçəng hüceyrələrini yandırmağa qərar verib.

O deyib: “Mütəxəssislərin fikrincə 42 dərəcə selsidə xərçəng hüceyrələri məhv olur. Ona görə də, həyətimdə belə bir tonqal qalamışam”. Jia həyətində tonqal qalayaraq üzərinə qoyulmuş taxta parçasına uzanır. O, bu üsulla sağalacağına ümid bəsləyir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm