Ərdoğan Papanı qınadı: “Din adamı demirəm...”
Bizi izləyin

Dünya

Ərdoğan Papanı qınadı: “Din adamı demirəm...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə İxracatçılar Məclisinin toplantısında 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını “soyqırım” adlandıran Roma Papası Fransiski tənqid edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Papanı qınadığını və xəbərdarlıq etdiyini deyib.

“Papa qısa müddət əvvəl Ankaraya səfər etmişdi. Görüşümüzdə fərqli bir siyasətçi görmüşdüm. Din adamı demirəm, bir siyasətçi görmüşdüm. Tarixi hadisələrin öz məcrasından çıxardılaraq ölkəmiz əleyhinə bir kampaniya halına gətirilməsinə icazə verməyəcəyimizi bildirmək istəyirəm”, - Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan Birinci Dünya Müharibəsi illərində baş verən hadisələrinin araşdırılması üçün rəsmi İrəvanı növbəti dəfə arxivləri açmağa və ortaq araşdırma komissiyasını yaratmağa çağırıb: “Ölkəmizdə ermənilər ölərkən, eyni şəkildə ermənilər tərəfindən Osmanlının övladları şəhid edildi. Bu gün erməni məsələsini müzakirə etmək istəyiriksə, hadisəni gerçək ölçüləri ilə ortaya qoymaq lazımdır. Bu isə tarixçilərin işidir. Qoy tarixçilər müzakirələr aparsınlar. Biz bütün arxivlərimizi açırıq. Əgər varsa, Ermənistan da arxivlərini açsın, sənədlərini ortaya qoysun. Biz silahlı qüvvələrimizin arxivlərini də açmağa hazırıq. Amma bunu etmək istəmirsiniz və erməni diasporu yalnız siyasi lobbilərlə yaratdığı çox çirkin əlaqələrlə Türkiyə əleyhinə qərarlar qəbul etməyə çalışır. Tarixçilərin işini siyasətçilər, din adamları görəndə, ortaya həqiqət deyil, sayıqlama çıxar. Mən bir daha ortaq komissiyanın yaradılması çağırışını təkrarlayır, arxivlərimizi sonuna qədər açmağa hazır olduğumuzu vurğulamaq istəyirəm”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm