Suriya müftisindən ŞOK FİTVA
Bizi izləyin

Dünya

Suriya müftisindən ŞOK FİTVA

Suriyanın baş müftisi Əhməd Bədrəddin Hassu gözlənilməz bir fitvası ilə gündəmə gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriya rejiminin baş müftisi müxalifətin nəzarətindəki və mülki əhalinin məskunlaşdığı məntəqələrin vurula biləcəyi ilə bağlı fitva verib.

Məlumata görə, fitvanın verilməsindən dərhal sonra Suriya rejiminə aid döyüş təyyarələri və vertolyotlarla Hələbdə müxalifətin nəzarətindəki bölgələrin bombalanmasına başlanılıb.

“Əsəd gücləri hücumlarına Maadi bölgəsində yerləşən bir bazardan başlayıb. Dünən bir məktəbi bombaladılar. Döyüş təyyarələri və vertolyotlar bu gün xalqın daha çox gəldiyi Sukker Məscidi və ətrafını bombalayıb. Bura şəhərin Quran-i Kərim kurslarının yerləşdirildiyi yerdir”, - Sukker Məscidinin imam Əbu Mücahid deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm