Mağarada yaşayan qadın - FOTOLAR
Bizi izləyin

Dünya

Mağarada yaşayan qadın - FOTOLAR

Evdən qovulduğu üçün mağarada yaşayan qadın yerli sakinlər tərəfindən aşkar edildikdən sonra Çin mətbuatında səs-küyə səbəb olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlərə müsahibə verən 52 yaşlı Du Meiyinq artıq 2 ildir ki, mağarada yaşadığını iddia edib. Ailəsi maliyyə çətinliyi ucbatından onu təmin edə bilmədiyi üçün qadın evdən çıxmalı olub.

Du əvvəlcə qocalar evinə yollansa da, orada çox adam olduğu üçün Hubey əyalətində yerləşən 100 kvadrat metrlik mağarada yaşamağa üz tutub. O, 2 il ərzində yağış suyunu toplayaraq yemək hazırlayıb və təmizlik üçün istifadə edib. Yerli fermerin ona verdiyi kələm toxumundan isə mağaranın həyətində kələm becərməklə qidalanır. O, çarpayısını bambuk çubuğundan hazırlayıb.

Du işsizdir, bu isə o deməkdir ki, qadın hökumətin ayda ona verdiyi 100 yen (16 dollar) təqaüdlə yaşayır. Lakin onun tarixçəsi yerli əhali tərəfindən işıqlandırıldıqdan sonra səxavətli insanlar hər ay ona düyü və digər azuqələr gətirir.

Dunun sözlərinə görə, nəmiş mağara həyatı onun sağlamlığına da mənfi təsir göstərib. Onun iki şalvarı və ianə kimi verilmiş 2 paltosu var. Qadın bütün qışı bu geyimlərdə keçirir. Dunun ayağında bir ayaqqabı görmək olar. Çünki ayaqqabının ikinci tayını itirib. O deyib: “Gələcəyin mənim üçün daha nələr hazırladığını bilmirəm. Getməyə yerim yoxdur və başımın üstündə dam olana qədər burada qalacağam”.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm