• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Sanksiyalar ayını əhliləşdirmədi”

  • Dünya
  • 15 Aprel 2015 13:49
  • 395 Baxış
“Sanksiyalar ayını əhliləşdirmədi”

Avropa Birliyi və ABŞ-ın sanksiyaları, həmçinin enerjidaşıyıcılarının qiymətlərinin düşməsinə baxmayaraq, 2014-cü ildə Rusiyanın silah ixracı artıb. Ümumdünya silah ticarətində Rusiyanın payı son onillik ərzində davamlı olaraq artan xətt üzrə inkişaf edir.

Publika.az xəbər verir ki, bu barədə sanksiyaların Rusiyanın silah satışına təsirini şərh edən amerikalı müşahidəçi Nikolas Qvozdev “The National Interest” nəşrində yazıb.

Müəllif yazır ki, enerjidaşıyıcıların qiymətlərinin düşməsi Rusiya ordusunun yenidən silahlanması planının həyata keçirilməsinə də mane olmalı idi. Ancaq Vladimir Putin administrasiyası silahlanma planından imtina etmək barədə düşünmür.

“Sanksiyaların tətbiqinə baxmayaraq, 2014-cü ildə Rusiyanın silah ixracı artıb. Rusiya yüksək keyfiyyətli silah mənbəyi kimi qalır. Yaxın Şərqdə qeyri-sabit vəziyyət İraq, İran və Misiri silah almağa stimullaşdırır. Yaxın Şərq regionundakı ölkələr şəxsi təhlükəsizliyinin təminatı məsələsində ABŞ-a etibar edə bilmirlər. Məhz buna görə də onlarda Rusiya silahlanlarını əldə etmək arzusu artır”, - Qvozdev deyib.

“The National Interest” nəşrinin müşahidəçisi xatırladır ki, dünya silah ixracında Rusiyanın payı 29 faizdir.

“Sanksiyaların tətbiqi və enerjidaşıyıcıların qiymətlərinin düşməsi nəticəsində “rus ayısı”nın əhliləşəcəyini düşünənlərə müraciət edirəm: iki dəfə düşünün”, - məqalənin müəllifi sonda yazıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR