BMT Yəmənlə bağlı qətnamə qəbul etdi
Bizi izləyin

Dünya

BMT Yəmənlə bağlı qətnamə qəbul etdi

Yəməndə husi qiyamçılarına qarşı hava əməliyyatlarını icra edən ərəb koalisiyası tərəfindən hazırlanan və İordaniya tərəfindən BMT Təhlükəsizlik Şurasına təqdim edilən qətnamə layihəsi qəbul edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, səsvermədə yalnız Rusiya bitərəf qalıb, Təhlükəsizlik Şurasının digər 14 üzvü qətnamə layihəsinin lehinə səs verib.

Qətnamədə Husilərdən qeyd-şərtsiz zorakılığa son qoyulması, ələ keçirdikləri bölgələrdən geri çəkilməsi, dövlətə məxsus silah anbarlarından götürdüyü silahlar və digər hərbi ləvazimatları qaytarması, siyasi məhbusları və uşaq əsirləri dərhal buraxması tələb olunub. Qətnamədə humanitar yardımların çatdırılması üçün Yəmən hökuməti ilə koordinasiyalı şəkildə əməliyyatlara fasilə verilməsi istənilib.

Bundan başqa, Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin oğlu Əhməd Əli Saleh və Husi lideri Əbdülməlik Husiyə birbaşa, yaxud da bilvasitə silah çatdırılması və satışı qadağan edilib. BMT üzvü olan ölkələrə, xüsusilə Yəmənin qonşuluğunda yerləşən ölkələrə icazə verilir ki, Yəmənə silah daşındığına dair hər hansı şübhəli vəziyyət ortaya çıxarsa, hava, quru və dəniz nəqliyyatında axtarışlar aparılsın.

Qeyd edək ki, husilərə hazırda yeganə dəstək verən ölkənin İran olduğu bildirilir. Təxmin edilir ki, husilərin zərərsizləşdirilməsi Yəməndə ilk növbədə İranın mövqeyinə zərbə vuracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm