Polis qətlləri ilə bağlı ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

Polis qətlləri ilə bağlı ŞOK FAKTLAR

Dünyada insanlara qarşı ən çox polis zorakılığının qeydə alındığı ölkələrdən, bəlkə də, birincisi dünyaya demokratiya dərsi verməyə çalışan ABŞ-dır. 2005-ci ildən bəri minlərlə insan polis zorakılığı nəticəsində həlak olub. Amma əsas məsələ ondadır ki, yalnız 54 polis əməkdaşına qarşı ittiham irəli sürülüb. İttihamlarıın əksəriyyəti rədd edilib, yaxud da polislər bəraət qazanıb.

Publika.az xəbər verir ki, ABŞ-ın nüfuzlu nəşri olan “The Washington Post”un son yazılarından biri də məhz polis zorakılığı və cəzasızlıq mühiti ilə bağlıdır.

Kimberli Kayndi və Kimbriell Kellinin müəllifi olduğu yazıda polis zorakılığı ilə bağlı konkret faktlar açıqlanıb.

Məsələn, yağışlı bir axşamda beş il əvvəl polis Koleman Brekni “Dyuk” ləqəbli sürücünü təqib edib. Deyilənə görə, polis sürücünün sərxoş olmasından şübhələnib. İdman avtomobili, nəhayət, yolun kənarında dayanır və Brekni 41 yaşlı sürücünu heç bir sorğu-sual etmədən odlu silahla öldürür. Lakin Brekni məhkumluq həyatı yaşamır və o, hazırda qətlin baş verdiyi yerdən 30 kilometr uzaqlıqda yerləşən kiçik şəhərcikdə polis rəisidir.

Polisin odlu silahından atəş açılaraq öldürülənlərin böyük əksəriyyətində isə, ümumiyyətlə, silah olmayıb və köməksiz vəziyyətdə olublar. “Washington Post” aydınlaşdıra bilib ki, qurbanların əksər hissəsi kürəyindən güllələnib. Qərbi Kentukki Universitetinin tədqiqatçıları tərəfindən öyrənilən cinayət işləri də bu dəhşətli mənzərəni ortaya qoyur: polis silahsız şübhəli şəxslərin əksəriyyətini kürəyindən güllələyiblər. Bu fakt isə həmin şəxslərin polisə müqavimət göstərdiyi, yaxud da polisin həyatı və sağlamlığına təhlükə yaratdığı barədə iddiaları təkzib edir.

Amma əksər hallarda videokadrlara da düşən faktlar polislərə qarşı irəli sürülən ittihamlarda yer almır və gizlədilir. Bu yaxınlarda Cənubi Karolina ştatında analoji hadisələrdən biri baş verib. Polis silahsız qaradərili kişini vurub. Videokadrda da görünür ki, polis ondan qaçan qaradərilinin kürəyinə bir neçə dəfə atəş açır. Öz günahlarını etiraf edənlər belə çox yüngül cəza alırlar. Məhkəmə polisləri böyük həvəssizliklə cəzalandırır, polislər orta hesabla dörd il azadlıqdan məhrum edilirlər. Məhkəmə qətllərin əksəriyyətini təsadüfi hesab edir.

ABŞ-da polisin silahdan istifadə etməklə zorakılığı barədə dəqiq statistika yoxdur. Yalnız ölümlə nəticələnən atışlar barədə məlumatlar var. Federal Tədqiqat Bürosu polisin iştirakı ilə baş verən bu cür hadisələr üzrə ümummilli məlumat bazası yaradıb. Amma onun daimi yeniləməsi polis idarələrindən tələb olunmur. Geniş rezonans doğuran bir neçə qətldən başqa son illər ərzində polisin iştirakı ilə baş verən qətllərin tam seriyası barədə cəmiyyət məlumatsız saxlanılır. Məhkəmə və ittihamçı nadir hallarda belə nəticəyə gəlirlər ki, qətlə bəraət qazandırmaq olmaz. Məsələn, Cənubi Karolina ştatından olan polis zabiti oğurluqda ittiham olunan şəxsin qətlində günahlandırılıb. Polis meşədə həmin insanı taparaq, ona kürəyindən dörd dəfə atəş açdı. Məhkəmə iclasçıları hesab etdilər ki, polis öz həyatından qorxaraq qətl törədib. Və polisə bəraət verdilər.

ABŞ-da prokurorluq əksər hallarda polisə qarşı ittihamlarda təkid etmir. Hətta polisin ağır cinayət törətməsi barədə ciddi şübhələr olsa belə.

1985-ci ilə kimi polis ondan qaçan və şübhəli hesab edilən şəxsi arxadan vura bilərdi. Amma 1985-ci ildə Ali Məhkəmənin qərarı vəziyyəti dəyişdirdi. Qərara alındı ki, şübhəlinin qaçaraq gizlənməyə çalışması belə onun güllələnməsinə bəraət qazandırmır. Şübhəli şəxs polisin həyatı və ya sağlamlığına ciddi təhlükə törətməlidir ki, atəşə hüquqi nöqteyi-nəzərdən bəraət qazandırılsın. Qətldə ittiham olunan polislərdən çoxu isə öldürülən şəxslərin onların həyatı və sağlamlığına təhlükə törətdiyini sübut edəcək faktları təqdim edə bilməyiblər.

ABŞ qanunlarının çox hissəsi məhkəmə iclasçılarından tələb edir ki, odlu silahdan istifadə edən polisin vəziyyəti haqqında hökm çıxarsın: polis öz həyatı üçün qorxurdumu, belə vəziyyətdə sağlam düşüncəli polis əməkdaşı qorxardımı? Son altı ildə polislərin vəkilləri ittihamlar və cəzaların əhəmiyyətli dərəcədə yüngünləşdirilməsinə nail olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm