Almaniyada G7 sammitində qarşıdurma: polis nümayişçiləri həbs etdi
Bizi izləyin

Dünya

Almaniyada G7 sammitində qarşıdurma: polis nümayişçiləri həbs etdi

Almaniyanın Lübek şəhərində “Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri səviyyəsində keçirilən sammitə qarşı etiraz nümayişi keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişin onlarla iştirakçısını saxlayıb.

ARD telekanalının məlumatına görə, nümayişçilər polisin sammitin keçirildiyi bina ətrafında yaratdığı mühafizə hasarını keçmək istəsələr də, nümayişçilərin cəhdləri müvəffəqiyyətlə nəticələnməyib. Saxlanılanlardan 11 nəfərin həbs edildiyi bildirilir. Almaniya mediasının yazdığına görə, saxlanılanların bəziləri müxtəlif dərəcəli xəsarətlər alıb.

Polisin məlumatına görə, nümayişdə 1,8 min nəfər iştirak edib. Şəhərə təhlükəsizliyin təminatı üçün əlavə güclər cəlb edilib. “LN Online” nəşri yazıb ki, təhlükəsizlik tədbirləri çərçivəsində əraziyə 3500 polis əməkdaşı cəlb olunub.

Daha əvvəl “Stop G7” hərəkatının nümayəndələri bildirirdilər ki, təxminən beş min insanın Lübek şəhərinin küçələrinə çıxması gözlənilir. Nümayiş gecikmə ilə başlandı və iştirakçılar sammitin qonaqlarının şərəfinə qəbul keçirilən binaya yaxınlaşa bilməyiblər. Polis nümayiş iştirakçılarının marşrutunu öyrənərək yaxınlıqdakı küçələri kəsib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm