Ukrayna beynəlxalq kreditorları defoltla hədələdi
Bizi izləyin

Dünya

Ukrayna beynəlxalq kreditorları defoltla hədələdi

Ukraynanın maliyyə naziri Natalya Yaresko ölkənin kreditorlarını defoltla (borc alan tərəfin öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığı vəziyyət) hədələyib.

Publika.az xəbər verir ki, ukraynalı nazir bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşrinə müsahibəsində bildirib.

Natalya Yaresko qeyd edib ki, əgər beynəlxalq kreditorlar borcun yenidən strukturlaşdırması haqqında yaxın vaxtlarda ciddi danışıqlara başlamasalar, defoltun elanı qaçılmaz olacaq: “Dövlətin özü bunu istəmir. Amma siyasi vəziyyətlə əlaqədar olaraq ödənişdən imtina edilə bilər. Kreditorlar bunu nəzərə almağa məcburdurlar”.

Beynəlxalq investorlar qrupu borcun ödənilməsi dövrünü uzatmağı təklif etdi. Bu təklif isə Ukraynanı qane etməyib. Beynəlxalq Valyuta Fondu Ukraynadan tələb edib ki, 2015-ci ilin iyun ayına qədər kreditorlarla razılaşsın. Əks halda, Beynəlxalq Valyuta Fondunun dəstək proqramı şübhə altında olacaq.

Rusiyanın maliyyə naziri Anton Siluanov dünən bildirib ki, Ukrayna Moskvaya olan 3 milyard dollar borcunu tam həcmdə ödəməyə söz verib. O əlavə edib ki, müqavilənin şərtlərinin pozulması halında Rusiya beynəlxalq məhkəməyə müraciət edəcək.

Daha əvvəl isə bir sıra KİV-lər yazıb ki, Ukrayna Rusiyaya olan borcu müəyyən olunmuş vaxtda ödəməkdən imtina edib. İddiaya görə, Kiyev Rusiyadan alınan krediti birtərəfli qaydada yenidən strukturlaşdırılan borclar siyahısına Rusiya kreditini daxil edib. Amma bu informasiya rəsmi təsdiqini tapmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm