Namizəd olacağını açıqladı, atasının qəbri dağıdıldı - FOTO
Bizi izləyin

Dünya

Namizəd olacağını açıqladı, atasının qəbri dağıdıldı - FOTO

2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayan ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton pis xəbər alıb.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Klintonun atası Hyu Ellsvort Rodemin “Washburn Street” qəbiristanlığındakı məzarının baş daşı yıxılmış halda tapılıb.

Qəbiristanlıq Pensilvaniya ştatındadır. Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, Klinton prezident seçkilərində iştirak etmək niyyətində olduğunu aprelin 12-də “Facebook” səhifəsində açıqlayıb. ABŞ-da prezidenti seçkiləri 8 noyabr 2016-cı ildə keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm