Dünyaya “ağıl verən” ölkə: 2320 cinayət işi, 7 milyardlıq fırıldaq - ŞOK KORRUPSİYA FAKTLARI
Bizi izləyin

Dünya

Dünyaya “ağıl verən” ölkə: 2320 cinayət işi, 7 milyardlıq fırıldaq - ŞOK KORRUPSİYA FAKTLARI

ABŞ-da korrupsiya faktları haqda hazırlanan hesabatda diqqətçəkən məqamlar yer alıb.

Publika.az xəbər verir ki, korrupsiya bu ölkədə işsizlikdən sonra ikinci ən böyük bəla hesab olunur. Amerikalıların 80 faizi hesab edir ki, ABŞ hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb.

Bir qədər əvvəl Ağ Evin ən yüksək dairələri ilə bağlı 6 milyard dollarlıq bir fırıldağın üstü açılmışdı. Hələ ki, bu barədə susmağa üstünlük verilib. Lakin ABŞ-da korrupsiya faktları kifayət qədərdir. Misal üçün, İllinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin rəhbəri Rita Krandvellin 7 il müddətində büdcədən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkarlanıb.

Təkcə bu ilin əvvəlindən bəri ABŞ-da müxtəlif səviyyəli dövlət məmurlarına qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə rüşvət ittihamıdır.

Keçən ilin oktyabrında ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin əməkdaşları ərzaq talonları ilə bağlı saxtakarlıq etdiklərinə görə korrupsiya ittihamı ilə həbs ediliblər. Belə cinayətlər saysız-hesabsızdır. Sadəcə, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq üçün onların çoxu açılmır. Lakin siyasi intriqalarda bəzən belə faktlar ortaya çıxır.

Məsələn, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin İraqda neft sahəsində çalışan qohumlarına lobbiçilik etdiyi mətbuata sızdırılmışdı. Bu zaman kələfin bir ucu da Texasdakı neft firmasında fəaliyyətini davam etdirən prezident Buşa (kiçik) gedib çıxmışdı. Dünyaya “ağıl verən” ölkə olan ABŞ-da korrupsiya demək olar ki gündəlik həyat tərzinə çevrilib.
Daha bir nümunə Nyu-Cersi ştatının senatoru, məşhur ermənipərəst siyasətçi Robert Menendezlə bağlıdır. Bu günlərdə o, cinayət məsuliyyətinə cəlb edilib. O, korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla 14 maddə üzrə, o cümlədən “dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması” faktının gizlədilməsi maddəsi üzrə ittiham olunur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm