Avropada yeni dövlət quruldu: Liberland
Bizi izləyin

Dünya

Avropada yeni dövlət quruldu: Liberland

Avropada yeni bir “dövlət” qurulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çexiyanın Vit Yedliçka adlı bir vətəndaşı 7 kvadrat kilometrlik “neytral bölgə”də “Liberland” adlı dövlət qurduğunu elan edib.

Xorvatiya ilə Serbiya sərhədində, Dunay çayının qərb sahilində yerləşən ərazinin nə Serbiyaya, nə də Xorvatiyaya aid olduğunu iddia edən Yedliçka buranın “neytral bölgə” olduğunu bildirib. Yeni qurduğu dövlətin vətəndaşı olmaq istəyənlərin müraciətlərini “liberland.org" internet saytı ilə qəbul edən Yedliçka sayt vasitəsilə “Liberland” haqqında məlumat verir.

Saytın məlumatına görə, tam adı Azad Liberland Respublikası olan dövlətin bayrağı və gerbi də var. Vit Yedliçka dövlət başçısıdır. Aprelin 13-də qurulduğu deyilən “Liberland”da neçə nəfərin yaşadığı barədə məlumat verilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm