Pakistan nüvə başlığı daşıyan raketinin sınağını keçirib
Bizi izləyin

Dünya

Pakistan nüvə başlığı daşıyan raketinin sınağını keçirib

Pakistanda nüvə başlığı daşıya bilən “Hauri” ballistik raketinin sınağı keçirilib.

Bu raket sisteminin atəş uzaqlığı 1,5 min kilometrə qədər qiymətləndirilir. Pakistan Silahlı Qüvvələrinin aprelin 15-də yaydığı bəyanatda sınaqların “Hauri” ballistik raketinin operativ və taktiki hazırlığını yoxlamaq məqsədi ilə aparıldığı qeyd olunur.

Keçən il Pakistan hərbçiləri nüvə başlığı daşımağa qadir olan və 2750 kilometr məsafədəki hədəflərə zərbə vura bilən daha bir “yer-yer” tipli “Şahin” raket sisteminin sınaqlarını həyata keçirmişdilər.

Qeyd edək ki, orta mənzilli “Hauri” raketinin ilk sınağı 1998-ci ildə baş tutub. Elə həmin il də Pakistan ilk nüvə bombasını sınaqlarını uğurla başa vuraraq nüvə silahına malik ölkələrin sırasına qoşulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm