Polis silahlı şəxsi avtomobillə vurdu – VİDEO
Bizi izləyin

Dünya

Polis silahlı şəxsi avtomobillə vurdu – VİDEO

ABŞ-da polis zorakılığı ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Arizona ştatında silahlı şəxs polis avtomobili ilə vurularaq zərərsizləşdirilib.

Silahlı şəxs ağır yaralanıb. Məlumata görə, hadisə bu ilin fevral ayında ştatın Marana qəsəbəsində baş verib. Polislərin xəbərdarlığına baxmayaraq, əlindəki tüfənglə səki ilə hərəkət edən Mario Valensiya havaya atəş açıb. Polis bundan sonra isə onu avtomobillə zərərsizləşdirməyi lazım bilib.

Adı müxtəlif cinayətlərdə hallanan Valensiya müalicə olunduqdan sonra hakim qarşısına çıxarılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm