• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ukrayna prezidentinin ailəsini aparan təyyarə Vyanadan geri qaytarıldı - YENİLƏNİB

  • Dünya
  • 21 Fevral 2014 03:43
  • 2 420 Baxış
Ukrayna prezidentinin ailəsini aparan təyyarə Vyanadan geri qaytarıldı - YENİLƏNİB

Almaniya hava limanları Ukrayna təyyarələrini qəbul etmir; hakim “Regionlar Partiyası”nın 14 deputatının istefası xəbəri də yayılıb

Ukrayna prezidenti Viktor Yanukoviçin ailə üzvlərinin də olduğu təyyarə Vyana hava limanına qəbul olunmayıb və geri qaytarılıb. Xarici media qaynaqları da ad çəkmədən ümumi şəkildə məlumat yayıblar ki, Ukraynanın bir sıra vəzifəli şəxslərini və onların yaxınlarını daşıyan təyyarələr ayrı-ayrı Avropa ölkələrinin paytaxtlarına qəbul olunmayıblar. Onların bəzilərini isə hava limanında gözlədərək, daha sonra geriyə uçan təyyarələrə mindiriblər.

Yanukoviçin çarter reyslə Avstriyanın paytaxtı Vyanaya gələn bəzi ailə üzvləri də hava limanında saxlanıblar və geriyə, onların öz seçimi ilə Moskvaya uçan təyyarəyə otuzdurulublar. Məlumatı digər qaynaqlardan təsdiqlədə bilmədik.

YENİLƏNİB

Saat 03.30 radələrində Avropadakı qaynağımız yazdı ki, Frankfurt hava limanı ukraynadan uçan təyyarəni içərisində vəzifəli məmurlar və onların yaxınları olması məlumatı üzündən qəbul etməyib: "4 ədəd xüsusi təyyarə isə Stutqart hava limanindan geri, havalandıqları Odessaya qaytarılıb". /Musavat.com/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR