Hüsnü Mübarək yenə ölmədi...
Bizi izləyin

Dünya

Hüsnü Mübarək yenə ölmədi...

Misirdə bir il fasilədən sonra bir daha “ölüm komediyası” baş verdi.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Ərəb baharı” adlanan hadisələrin nəticəsi olaraq hakimiyyətdən uzaqlaşdırılan Hüsnü Mübarəkin öldüyü ilə bağlı iddia növbəti dəfə təkzib edilib.

Onun müalicə aldığı Qahirədəki hərbi xəstəxanadan Hüsnü Mübarəkin sağ olduğu açıqlanıb.

Hüsnü Mübarəkin öldüyü barədə xəbəri dünən İranın “Fars” informasiya agentliyi xəbər verib. Xəstəxanadakı mənbələr isə 87 yaşındakı keçmiş prezidentin sağlamlığının nəzarət altında olduğunu, hazırda vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Qeyd edək ki, ötən il də “Sed el-Beled” telekanalının aparıcısı Əhməd Musa birbaşa yayını kəsərək Mübarəkin öldüyünü elan edib. Xəstəxana xəbəri təkzib edərək Mübarəkin koma vəziyyətində olduğunu açıqlayıb. Misir məhkəməsi isə yalan xəbər verən aparıcını 2 il azadlıqdan məhrum edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm