Müəmmalı qətllər: məşhur jurnalist və sabiq deputat öldürüldü
Bizi izləyin

Dünya

Müəmmalı qətllər: məşhur jurnalist və sabiq deputat öldürüldü

Kiyevdə məşhur jurnalist, ProUA və “Оbkom” internet nəşrlərinin həmtəsisçisi Sergey Suxobok öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə “Obkom” nəşri bildirib.

Qətl hadisəsinin 13 aprel gecəsində baş verməsinə baxmayaraq, fakt üzrə rəsmi məlumat yoxdur. “Obkom” jurnalistin qətli ilə bağlı başqa təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, bu, Ukraynada son 3 gündə baş verən ikinci qətl hadisəsidir. Aprelin 15-də Regionlar Partiyasından olan keçmiş millət vəkili Oleq Kalaşnikov öldürülüb. Kalaşnikovun cəsədi Kiyevin Podolsk rayonunda öz evinin blokunda aşkarlanıb. O, ölümündən bir gün əvvəl öz dostuna elektron məktub yazaraq siyasi baxışlarına görə təqib olunduğunu bildirib. Sabiq deputat qeyd edib ki, onu məhkəmə ilə hədələyirlər.

Daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko bildirib ki, qətl üzrə cinayət işi qaldırılıb. İstintaq Kalaşnikovun siyasi fəaliyyəti, anti-maydan təşkilatı ilə əlaqəsi, biznes maraqları, borc məsələlərini, şəxsi münasibətləri və soyğunçuluq məqsədi ilə qətli versiyaları üzrə işləyir.

Kalaşnikovun rəqibləri iddia edirdilər ki, o, Maydan hadisələrində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ən aqressiv tərəfdarlarını maliyyələşdirib. Ukrayna mediası da qətlin anti-maydan hərəkatı ilə bağlı olması versiyası üzərində dayanır.

Qeyd edək ki, ilin əvvəlindən Zaporojye vilayətinin qubernatoru Aleksandr Pekluşenko da daxil olmaqla, Yanukoviçin partiyasından üç nəfər şübhəli şəkildə intihar edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm