Abdulah Gül nüvə sazişindən danışdı
Bizi izləyin

Dünya

Abdulah Gül nüvə sazişindən danışdı

“Son günlər İranla “altılıq ölkələri” arasında ciddi irəliləyişlər əldə olunsa da, müəyyən problemlərin ortaya çıxacağı şübhə doğurmur”.

Publika.az-ın məlumatına görə, bunu Türkiyənin 11-ci Prezidenti Abdullah Gül bildirib.

“Bu razılıq əsasında qəbul edilmiş müəyyən şərtlər həyata keçiriləndən sonra böyük problemlərin də ortaya çıxacağı şübhə doğurmur. Hələ indidən qarşılıqlı şəkildə tərəflər vəziyyəti dəyişir. Burada əsas problem isə İran İslam İnqilabının kökünə bağlı olmaqla İslam Cümhuriyyətinin modernləşməsi arasında ziddiyətlərin yaşanmasıdır”, - Abdullah Gül əlavə edib.

A.Gül onu da deyib ki, qonşu ölkələrdə baş verən proseslər Türkiyəni də yaxından maraqlandırır: “Yunanıstanda iqtisadi böhran, siyasətdə populizim və irqçiliyə qədər davam edən vəziyyət, Avropa Birliyi ilə münasibətlər və sairə onu göstərir ki, Türkiyə çox gərgin dövr yaşayır. İqtisadi böhran Bolqarıstanda öz təsirini göstərdi və hökumət dəyişikliyinə səbəb oldu”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm