Vladimir Putin canlı yayımda suallara cavab verir – YENİLƏNİB - CANLI YAYIM
Bizi izləyin

Dünya

Vladimir Putin canlı yayımda suallara cavab verir – YENİLƏNİB - CANLI YAYIM

Rusiya Federasiyasının prezidenti Vladimir Putin televiziya və radiostansiyalar ilə ənənəvi birbaşa yayımla sualları cavablandırır.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı suallara cavab verir.

Vladimir Putin ilk dəfə birbaşa yayımla 24 dekabr 2001-ci ildə Rusiya vətəndaşları ilə canlı ünsiyyətdə olub. Rusiyalılarla ən uzunmüddətli ünsiyyət 4 saat 47 dəqiqə ilə 2013-cü ildə qeydə alınıb. Bu vaxt ərzində dövlət başçısı 85 suala cavab verib.

Mətbuat konfransı "Rossiya1", "Rossiya24" telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanır.

***

Putin qeyd edib ki, ilin əvvəlində istehsalın əhəmiyyətli dərəcədə düşəcəyi gözlənilsə də, bu baş verməyib: “Bu ilin birinci rübü ərzində sənaye istehsalı praktik olaraq düşmədi. Sanksiyalar isə əslində hökumət və Mərkəzi Banka kömək etdi. Daha peşəkarlıq və vaxtında iqtisadi siyasətə düzəliş etmək lazımdır. İqtisadi qeyri-müəyyənlik kapital axınının artmasına gətirib çıxardı. Ancaq fiziki şəxslər və şirkətlər keçən ilin sonunda başqa valyutalara köçürülmüş vəsaitləri rubla çevirməyə başlayıblar”.

Rusiya prezidentinin sözlərinə görə, sanksiyalar artıq Ukraynadakı hadisələrlə birbaşa aid deyil. “Çünki Minsk razılıqlarını yerinə yetirmək lazımdır, biz isə bunun üçün hər şeyi edirik”, - prezident əlavə edib.

Kreml lideri ötən il uğurları kimi Krım və Sevastopolun birləşməsi, mürəkkəb xarici iqtisadi şərtlərdə iş və Soçi Olimpiadasında qələbəni qeyd edib. Putinin sözlərinə görə, mürəkkəb siyasi və iqtisadi vəziyyətə baxmayaraq, Rusiyada ümumi daxili məhsulun kiçik artımı qeydə alınıb və neft hasilatında rekord nəticə əldə olunub.

***

Vladimir Putin Ukrayna prezidenti Pyotr Poroşenkonun Donbası ona təklif etməsi ilə bağlı iddiaları cavablandırıb. Rusiya prezidenti belə bir təklifin olmadığını bildirib.

“Hazırda Ukrayna hakimiyyəti öz əli ilə Donbası Ukraynadan ayırır. Kiyev Minsk razılaşmalarına riayət etmir. Donbasın tam mühasirəsi müşahidə olunur”, - Putin vurğulayıb.

Xatırladaq ki, aprelin əvvəlində ABŞ-ın “Forbes” nəşri Rusiya prezidentinin Rusiya Sənaye Sahibləri və Sahibkarlar İttifaqının rəhbərliyi ilə qapalı görüşündə Poroşenkonin Donbası Putinə təklif etdiyini yazıb. Nəşrin həmsöhbətinin məlumatına görə, Pyotr Poroşenko sözügedən təklifi fevralın 11-12-də “Normandiya dördlüyü”nün Minskdə keçirdiyi danışıqların gedişatında səsləndirib.

***

“Bizdə imperiya ambisiyası yoxdur. Amma əməkdaşlığı inkişaf etdirməklə xaricdə yaşayan ruslar üçün ləyaqətli həyat təmin etməyə çalışırıq”, - prezident deyib.

Vladimir Putin Ukraynada Rusiya qoşunu olmadığını növbəti dəfə dilə gətirib.

Rusiya prezidenti müxalifət siyasətçi Boris Nemtsovun qatillərin kimliyinin 1,5 gün sonra müəyyən edildiyini bildirib. Qətlin sifarişçilərinin olub-olmamasına gəlincə, Putin bunun istintaqın gedişatında məlum olacağını qeyd edib.

Putinin sözlərinə görə, o, Nemtsovla mehriban olub və onunla əlaqə saxlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm