Kiyevdə jurnalist “ovu” davam edir
Bizi izləyin

Dünya

Kiyevdə jurnalist “ovu” davam edir

Kiyevdə ukraynalı jurnalisti Olesya Buzin qətlə yetirilib.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, hadisə paytaxtın Şevçenko rayonunda, jurnalistin yaşadığı binanın blokunda baş verib.

Cinayət yerində hazırda istintaqçılar işləyir. Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko “Facebook” səhifəsində informasiyanı təsdiqləyib. “Sağ sektor” təşkilatının sədr müavini Anna Demid “Facebook” səhifəsində jurnalistin iki nəfər tərəfindən kürəyindən güllələndiyini bildirib.

Qeyd edək ki, bu son 3 gün ərzində jurnalistin qətl edildiyi ikinci hadisədir. Aprelin 13-də Kiyevdə məşhur jurnalist, ProUA və “Оbkom” internet nəşrlərinin həmtəsisçisi Sergey Suxobok öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm