Çavuşoğlu Obamanın çıxışını "redaktə etmək" üçün Vaşinqtona gedir
Bizi izləyin

Dünya

Çavuşoğlu Obamanın çıxışını "redaktə etmək" üçün Vaşinqtona gedir

Roma Papası və Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını “soyqırım” olaraq tanımasından sonra Ankara gözlərini Vaşinqtona çevirdi.

Publika.az “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Barak Obamanın 24 aprel çıxışı öncəsi ABŞ-a gedir.

ABŞ prezidenti aprelin 24-də 1915-ci il hadisələri ilə bağlı ənənəvi çıxışını edəcək. Obama ötən çıxışlarında sözügedən tarixi hadisələri “böyük fəlakət” olaraq dəyərləndirib.Türkiyənin builki gözləntisi də Obamanın “soyqırım” ifadəsini işlətməyəcəyi ilə bağlıdır.

Türkiyə xarici işlər naziri ABŞ səfərində ABŞ dövlət katibi Con Kerri və bəzi Konqres üzvləri ilə görüşəcək. Çavuşoğlu “Carnegie Endowment for International Peace” adlı düşüncə mərkəzində də çıxış edəcək. Türkiyə nəşrinin yazdığına görə, Türkiyə xarici siyasət idarəsinin apardığı danışıqlarda 1915-ci il hadisələri və Obamanın 24 aprel çıxışı prioritet olacaq. Səfər 18-21 aprel tarixlərində həyata keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm