Keçmiş baş nazir 45 yaşında vəfat etdi
Bizi izləyin

Dünya

Keçmiş baş nazir 45 yaşında vəfat etdi

Çexiyanın keçmiş baş naziri Stanislav Gross 45 yaşında Praqada vəfat edib.

Publika.az yerli kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, o son illər nadir və müalicəsi olmayan mərkəzi əsəb sisteminin pozulmasından əziyyət çəkirmiş.

Gross 2004-cü ildə, 34 yaşında Çexiyanın tarixində ən gənc baş nazir olub. O həmin vaxt Sosial-demokrat partiyasının sədri idi.

Amma Gross 9 aydan sonra bahalı mənzili olması ilə bağlı yaranmış qalmaqala görə, istefa verməli oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm