Polis müxalifətin ofisində axtarış aparıb
Bizi izləyin

Dünya

Polis müxalifətin ofisində axtarış aparıb

Rusiya polisi aprelin 16-da “Açıq Rusiya” təşkilatının Moskva ofisində axtarış aparıb.

Publika.az-ın məlumatına görə, bu təşkilatı demokratiyaya dəstək məqsədi ilə hazırda mühacirətdə yaşayan rusiyalı oliqarx Mixail Xodorkovski təsis edib. Təşkilat polisin onlara təqdim etdiyi orderin surətini yayıb.

Qurum ekstremist fəaliyyətdə, həmçinin aprelin 19-da Moskvada müxalifətin mitinqinə çağırış vərəqələri yaymağa hazırlaşmaqda ittiham olunur.

Amma Xodorkovskinin sözçüsü Olqa Pispanen “Dojd” televiziyasına bildirib ki, bu qrup heç vaxt 19 aprel mitinqində iştirak etmək fikrində olmayıb.

Rusiyanın müxalifət qrupları aprelin 19-da Moskvada kütləvi yox, tək-tək aksiya keçirəcəklərini bəyan ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm