Dünya
Yanğınlarda ölənlərin sayı 30 nəfəri ötdü
Rusiya Federasiyasının Xakasiya Respublikasında yanğınlar nəticəsində ölənlərin sayı 30 nəfəri ötüb.
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarındakı mənbə bildirib.
Daha iki nəfərin taleyi haqqında məlumat yoxdur. Təxminən 5 min insan evsiz qalıb. Təbii fəlakət nəticəsində dəyən zərər 7 milyard rublla (təxminən 140 milyon dollar) qiymətləndirilir.
Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, hökumət həlak olanların ailələri və zərər çəkənlər üçün 700 milyon rubl (14 milyon dollar) ayıracaq.
Məlumata görə, hazırda bütün yanğınlar söndürülüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları isə yanğın ocaqlarının yenidən alışmasına imkan verməmək üçün növbədə dayanıblar.
Qeyd edək ki, genişmiqyaslı meşə yanğınları aprelin 12-də başlayıb.
Ömər Dağlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...