• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Taliban polis idarəsinə hücum etdi: 7 ölü

  • Dünya
  • 17 Aprel 2015 07:11
  • 233 Baxış
Taliban polis idarəsinə hücum etdi: 7 ölü

Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətinin Varduç qəsəbəsində Taliban döyüşçüləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşma qeydə alınıb.

Taliban hərəkatının üzvlərinin Varduç qəsəbəsinin Yumal hissəsindəki polis məntəqəsinə hücumu nəticəsində 3 yaraqlı ilə 4 polis əməkdaşı həyatını itirib.

Bədəxşan valiliyinin nümayəndəsi Əhməd Navid Furutənin sözlərinə görə, bölgəyə əlavə qüvvələr göndərildikdən sonra Taliban yaraqlıları geri çəkilməyə məcbur olub.

Taliban hərəkatının nümayəndəsi Zabihullah Mücahid isə öz növbəsində hücum nəticəsində aralarında bir zabitin də olduğu 6 polis əməkdaşının öldürüldüyünü, çox sayda silah və sursatın qənimət olaraq ələ keçdiyini bildirib.

Qeyd edək ki, Taliban hərəkatı üzvlərinin dörd gün bundan əvvəl Bədəxşan vilayətinin Corm qəsəbəsinə hücumu nəticəsində 30 nəfər həlak olmuşdu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR