• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rus diplomat: “Bu, XX əsrdə ABŞ-ın ən böyük səhvi idi”

  • Dünya
  • 17 Aprel 2015 08:26
  • 585 Baxış
Rus diplomat: “Bu, XX əsrdə ABŞ-ın ən böyük səhvi idi”

“NATO-nun genişləndirilməsi ABŞ-ın xarici siyasətinin ən böyük səhvidir. Bu siyasət heç vaxt Avropada təhlükəsizlik problemlərini həll etmədi”.

Publika.az “İnterfaks” informasiya agentlyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın NATO yanında daimi nümayəndəsi Aleksandr Qruşko bildirib.

“NATO-nun genişləndirilməsinin layihəsi özünü bitirdi. ABŞ-ın əsas səhvi “soyuq müharibə”nin başa çatmasından sonra “açıq qapılar” adlanan siyasətin aparılması barədə qərar idi. Bu, iyirminci əsrdə ABŞ-ın ən böyük səhvi idi. NATO-nun Balkanlarda fəaliyyəti saysız-hesabsız bədbəxtliklərə və dövlətlərin dağılmasına gətirib çıxardı. Biz NATO-nun Liviyadakı fəaliyyətinin nəticələrini bilirik. İraqda, Suriyada və Yaxın Şərqin digər ölkələrində yaranan vəziyyət təşkilatın fəaliyyətinin nəticəsidir", - rusiyalı diplomat deyib.

Aleksandr Qruşkonun fikrincə, Moskva əmindir ki, Avropada təhlükəsizliyin təminatı yalnız kollektiv sistemin yaradılmasından keçir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR