Yasenyuk: “Ukrayna İkinci Dünya müharibəsinin qalibidir”
Bizi izləyin

Dünya

Yasenyuk: “Ukrayna İkinci Dünya müharibəsinin qalibidir”

Ukraynanın baş naziri Arseniy Yasenyuk ölkəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) təsisçisi və İkinci Dünya Müharibəsinin qalibi adlandırıb.

Publika.az “RBK-Ukrayna” informasiya agentliyinə istinadən xəbər verir ki, hökumət başçısı bu barədə Böyük Vətən Müharibəsində qələbənin 70-ci ildönümü ilə bağlı bayram tədbirlərinə hazırlıq üzrə təşkilat komitəsinin iclasında bildirib.

“Müharibə nəticəsində Ukraynanın əhalisi 14 milyon insan azaldı. Və buna görə də biz qalib dövlətik. Rusiya tarixi köçürməyə, bu müqəddəs və tarixi mübarizəni mənimsəməyə çalışır”, - Yasenyuk deyib.

Ukraynanın baş naziri 2015-ci ilin yanvarında Almaniyaya səfər zamanı bildirib ki, SSRİ İkinci Dünya müharibəsində Almaniya və Ukraynaya soxulub. O, həmçinin vurğulayıb ki, heç kimin müharibənin nəticələrini köçürmək hüququ yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm