
“Əl-Qaidə” terror təşkilatı ilə bağlı silahlılar Yəməndəki qeyri-sabit vəziyyətdən istifadə edərək ölkədə mövqelərini gücləndirir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatı Xadramaut vilayətində “Eş-Şixr” neft terminalını ələ keçiriblər.
Məlumata görə, neft terminalının mühafizəçiləri “Əl-Qaidə” silahlılarına müqavimət göstərməyiblər.
Qeyd edilir ki, qonşu Şabvan vilayətində yerləşdirilmiş Belxaf qaz terminalı da təhlükə altındadır. Burada təbii qazın mayeləşdirildiyi böyük müəssisə yerləşir.
Ömər Dağlı