ABŞ-da atışma: 5 nəfər öldürüldü
Bizi izləyin

Dünya

ABŞ-da atışma: 5 nəfər öldürüldü

ABŞ-ın Arizona ştatının Finiks şəhərində evlərdən birində beş nəfərin cəsədi aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə polisə istinadən “Los Anceles Times” qəzeti bildirib.

Onların məişət zəminində baş verən atışmanın gedişatında öldürüldüyü bildirilir. Ölənlərdən üçü kişi, ikisi qadındır. Qeyd edilir ki, bir qadın evi tərk etməyi bacarıb və hadisə barəsində polisi məlumatlandırıb.

Hadisə yerinə gələn polis evdə barrikadanın qurulduğunu müəyyənləşdirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm