Rektorluq binası “işğal”dan azad edildi
Bizi izləyin

Dünya

Rektorluq binası “işğal”dan azad edildi

Yunanıstanın paytaxtı Afinada yerləşən Afina Universitetinin rektorluq binası “işğal”dan azad edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, səhər saatlarında rektorluq binasına daxil olan polis qrupları içəridəki 7-si qadın olmaqla 14 nəfəri saxlayıb.

Əməliyyat zamanı universitet binası qarşısında toplanan bir qrup şüarlarla binanın daxilindəki insanlara dəstək verib.

Qeyd edək ki, özlərini iqtidar əleyhdarı “anarxistlər” adlandıran qrup 19 gün əvvəl ölkədəki həbsxanalarda aclıq aksiyası keçirən məhbuslara dəstək məqsədilə Afina Universitetinin rektorluq binasını ələ keçirib. Yunanıstanda F tipli həbsxanaların bağlanması və aclıq aksiyası keçirən məhkumların azad edilməsini tələb edən iqtidar əleyhdarları daha əvvəl də parlamentin həyətinə daxil olaraq nümayiş keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm