“Wikileaks”dən son zərbə: “Sony”ni Vaşinqtonla nə birləşdirir?
Bizi izləyin

Dünya

“Wikileaks”dən son zərbə: “Sony”ni Vaşinqtonla nə birləşdirir?

Məşhur “Wikileaks” saytı son zərbəni Yaponiyanın “Sony” şirkətinə vurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sayt şirkətə aid 170 mindən çox məktubu və 30 mindən çox sənədi “Sony arxivləri” adı altında dərc edib.

“Wikileaks”dan verilən açıqlamada deyilir ki, bu arxiv “Sony”nin bir şirkət olmasına baxmayaraq, nə qədər təsirə malik olduğunu və Vaşiqntonla birbaşa əlaqələrini sübut edir. Dərc olunan elektron məktublardan təxminən 100-ü ABŞ hökumətinə aiddir. “Wikileaks” qeyd edir ki, sözügedən arxiv şirkətin siyasət və qanunlara təsir gücünün, həmçinin ABŞ hərbi sənayesi ilə əlaqələrinin olduğunu ortaya çıxarıb.

“Wikileaks”ın qurucusu Culian Assanj yazıb ki, dərc olunan arxiv çoxmillətli bir şirkətin daxili işlərini göstərdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm