• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qitələrarası savaş başlayır

  • Dünya
  • 17 Aprel 2015 14:51
  • 1 548 Baxış
Qitələrarası savaş başlayır

Rusiya orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında müqaviləni (RSMD) pozmaqda davam edəcəyi halda, ABŞ cavab addımları atmalı olacaq.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin köməkçisi Frenk Rouz bildirib.

“Rusiya anlamalıdır ki, bizim və müttəfiqlərimizin səbri sonsuz deyil. Rusiya orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında müqaviləni pozmaqda davam edəcəyi halda, ABŞ müttəfiqləri ilə birlikdə cavab addımları atmalı olacaq”, - dövlət katibinin köməkçisi deyib.

O xatırladıb ki, ABŞ hələ 2014-cü ilin yayında müqavilənin Rusiya tərəfindən pozulması ilə əlaqədar narahatlığını Moskvanın diqqətinə çatdırıb: “Biz bilirik ki, Rusiya müqaviləni pozur və bunu rusların özləri də bilir. Bizim hədəfimiz Rusiyanın silahsızlaşdırılması deyil. Bizim hədəfimiz müqaviləni saxlamaqdır. İnanırıq ki, müqavilə yer kürəsinin əhəmiyyətli hissəsində strateji sabitliyi saxlayır”.

ABŞ Senatının silahlı qüvvələrin işləri üzrə komitəsinin üzvü Ceyms Onofenin fikrincə, Rusiyanın Krımda "Tu-22M3" strateji bombardmançıları və "İsgəndər-M" operativ-taktiki raket kompleksləri yerləşdirməsi orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında 1987-ci ildə SSRİ və ABŞ arasında imzalanan müqavilənin birbaşa pozuntusudur. Müqaviləyə əsasən, 5500 kilometr uçuş məsafəsi olan qanadlı raketlər və 500 kilomertdən çox uçuş məsafəsi olan ballistik raketlərin artırılması qadağan edilir. ABŞ narahatlığı “İskəndər-M” 9K720 raketlərindən başqa “Rubej” RS-26 yeni strateji raketlərlə bağlıdır. Sonuncu orta uzaqlıqlı raket hesab edilir. Sınaqlardan keçirilən “Rubej”in uçuş məsafəsi təxminən 6000 kilometr təşkil edir və bu onu qitələrarası raket hesab etməyə imkan verir.

Mart ayında isə ABŞ-ın müdafiə naziri Karter Eşton Rusiyanı “raket müqaviləsi”ni pozmaqda ittiham edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransında Vaşinqtona cavabında bildirib ki, ABŞ-ın hərəkətləri müqavilənin “ruhu” ilə ziddiyyət təşkil edir. Lavrovun sözlərinə görə, ABŞ-ın pilotsuz zərbə təyyarələri, həmçinin Rumıniya və Polşada raketdən müdafiə sistemlərinin yerləşdiriməsi isə müqavilənin pozuntusudur.

Dünən Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransında Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının başçısı Valeri Qerasimov yenidən bildirib ki, RSMD müqaviləsi ABŞ tərəfindən pozulur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR