Çinin gizli layihəsi ortaya çıxdı - FOTOLAR
Bizi izləyin

Dünya

Çinin gizli layihəsi ortaya çıxdı - FOTOLAR

Çinin Cənubi Çin dənizində mübahisəli bir bölgədə yerləşən mərcan qayalıqlarında təyyarə bazası tikdiyi ortaya çıxıb.

Publika.az xəbər verir ki, “New York Times” nəşri Spratli adalarında mərcan qayalıqlarının qum və betonla doldurulduğunu bildirib.

Qəzetin dərc etdiyi peyk fotoşəkillərində bazanın inşaatında xeyli iş aparldığı görünür. Vyetnam və Filippin başda olmaqla, Cənubi Asiyanın bir çox ölkəsi Çinin bu layihəsinə sərt reaksiya verib. Ərazinin mübahisəli olduğunu bildirən ölkələr Çinin buradakı fəaliyyətinin beynəlxalq hüquqa zidd olduğunu iddia ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm