Saakaşvilinin partiyası parlamenti boykot etdi
Bizi izləyin

Dünya

Saakaşvilinin partiyası parlamenti boykot etdi

Gürcüstan parlamentinin bugünkü plenar iclası yetərsay olmadığı üçün baş tutmayıb.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyasının deputatları qeydiyyatda iştirak etməkdən imtina ediblər.

Parlament sədri David Usupaşvili üç dəfə iclas zalında olan deputatların qeydiyyatını keçirib. Birinci halda 70, ikincidə 67, üçüncüdə isə 68 deputat qeydiyyatdan keçib. İclasın başlanması üçün ən azı 76 deputat qeydiyyatdan keçməlidir. Parlament azlığının üzvü Zurab Djaparidze bildirib ki, “Vahid Milli Hərəkat” Partiyasından olan deputatların etirazı Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin keçmiş rəhbəri Kaxoy Nakaninin qanunsuz həbsdə saxlanılması ilə bağlıdır.

Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşları 3 fevral 2015-ci ildə saxlanılıb. Kaxoy Nakanindən başqa istintaq idarəsinin rəis müavini Levan Berodze, kriminal polis departamentinin müstəntiqi Georgi Qulbiani, Daxili İşlər Nazirliyinin baş idarəsinin xüsusi təyinatının dəstəsinin müdir müavini Georgi Saadze, kriminal polis departamentinin keçmiş direktor müavini Yason Miladze və müxtəlif vəzifələrdə işləyən Aleksandr Simakuridze, Zurab Djoxadze, David Alelişvili, Soso Çakvetaya və Aleksandr Sanikidze saxlanılıb. Hazırda xaricdə olan kriminal polis departamentinin keçmiş müstənqiti Qrigoru Kvinikadzeyə qarşı qiyabi ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşları bir sıra dəlillərin saxtalaşdırılması, qanunsuz saxlanılma və həbslərdə, həmçinin bir sıra qətlləri gizlətməkdə ittiham olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm