Səddam Hüseynin "sağ qolu" öldürüldü - VİDEO/18+
Bizi izləyin

Dünya

Səddam Hüseynin "sağ qolu" öldürüldü - VİDEO/18+

İraqın keçmiş lideri Səddam Hüseynin sağ qolu hesab olunan İzzət İbrahim əl-Duri öldürülüb.

Publika.az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Səlahəddin vilayətinin valisi Raid Əl-Cuburi bildirib.

Onun sözlərinə görə, İzzət İbrahim Əl-Duri Tikrit şəhərinin şərqində İŞİD terror təşkilatı ilə İraq ordusu arasında gedən döyüşlərdə öldürülüb. Durinin cəsədinə aid olduğu deyilən fotoşəkillər isə Cuburi tərəfindən media orqanlarına göndərilib. Sözügedən cəsədin Duriyə aid olduğunu müəyyənləşdirmək üçün DNT testi keçiriləcək.

Qeyd edək ki, ABŞ Durinin başına 10 milyon dollar mükafat qoymuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm