“Erməni soyqırımı” qətnaməsinin arxasından Gülən çıxdı - İDDİA
Bizi izləyin

Dünya

“Erməni soyqırımı” qətnaməsinin arxasından Gülən çıxdı - İDDİA

“Qondarma erməni soyqırımı haqqında Avropa Parlamentində qəbul olunan tövsiyə xarakterli qətnamənin arxasından aylardır Strasburq və Brüsseldə Türkiyə əleyhində lobbi fəaliyyəti aparan “paralel dövlət”in müəllifi çıxdı”.

Publika.az xəbər verir ki, belə bir iddia ilə Türkiyənin “Sabah” qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, Fəthullah Gülənin lideri olduğu “paralel dövlət”in erməni diasporu ilə Avropa və ABŞ-da birlikdə hərəkət etdiyi barədə türk diaspor təşkilatları xəbərdarlıq edib.

“Türkiyəyə nifrət duyğuları daşıyan “paralel dövlət” ölkəyə zərər vermək, xaos yaratmaq, ölkəni idarəolunmaz hala gətirmək üçün dünyanın dörd bir tərəfində çalışır. “Paralel dövlət” ən böyük xəyanətini Brüssel və Strasburqda icra edir. Hər ölkədə pulla ələ aldıqları millət vəkilləri vasitəsilə Türkiyə əleyhinə lobbi fəaliyyəti aparan “paralel dövlət”, indi də qondarma erməni soyqırım haqqında qətnamə qəbul edən Avropa Parlamentində ortaya çıxdı”, - “Sabah” yazıb.

Nəşrin yazdığına görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da 10 gün bundan əvvəl “paralel dövlət”- erməni diasporu birliyi haqqında xəbərdarlıq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm