• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

BMT: Ukraynanın şərqində vəziyyət pisləşir

  • Dünya
  • 18 Aprel 2015 02:10
  • 440 Baxış
BMT: Ukraynanın şərqində vəziyyət pisləşir

BMT atəşkəsin öozulması nəticəsində Ukraynanın şərqində insan haqları sahəsində vəziyyətin pisləşməsindən narahatdır.

Publika.az-ın məlumatına görə, bu barədə BMT-nin insan haqları üzrə ali komissarının sözçüsü Ravina Shamdasani bildirib. O deyib ki, bölgədə yenidən hərbi əməliyyatların artdığı müşahidə olunur. Xüsusilə də Donetsk hava limanı və Şirokine kəndi yaxınlığında.

Onun sözlərinə görə atışmalarda minaatanlar,tank və artileriya qurğularından da istifadə olunur.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb. Bu ilin fevralında Minskdə tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmasından sonra hərbi əməliyyatlar dayandırılsa da, atəşkəs rejiminin vaxtaşırı pozulduğu müşahidə olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR