Yanukoviç müxalifətlə yenidən görüşəcək - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Yanukoviç müxalifətlə yenidən görüşəcək - YENİLƏNDİ

Yanukoviçin Rusiya və Avropa İttifaqı ilə danışıqları başa çatdı

Prezidentlə müxalifətin danışıqları gecə boyu davam edib

Ukrayna paytaxtı Kiyevdə hakimiyyətlə müxalifətin ötən gecə başlayan danışıqları 9 saat çəkib və fevralın 21-i saat 7:30-da (Bakı vaxtı ilə 9:30) başa çatıb. Prezident Administrasiyasında dövlət başçısı Viktor Yanukoviçin müxalif liderlər Arseni Yatsenyuk, Oleq Tyaqnibok, Viktor Kliçko ilə danışıqlarına Polşa, Almaniya, Fransanın xarici işlər nazirləri, Avropa İttifaqının Ukrayna təmsilçisi vasitəçilik ediblər. Detallar barədə bilgi yoxdur. Danışıqların ikinci raundu bu gün olmalıdır.

2013-cü il noyabrın 21-də Ukrayna hökuməti Rusiyanın basqılarına dözməyərək Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaqdan imtina edib. Bu imtinadan sonra paytaxt Kiyevdə davamlı etiraz aksiyaları keçirilir və zaman-zaman hüquq mühafizə qurumları ilə toqquşmalara gətirir. Ən qanlı toqquşmalar fevralın 18-də, 19-da, 20-də qeydə alınıb. Ukrayna Səhiyyə Nazirliyinin son məlumatına görə, toqquşmalarda 77 nəfər həlak olub.

10.10

Bu gün Ukrayna parlamenti prezidentin hüquqlarını məhdudlaşdıran 2004-cü il Konstitusiyasının bərpası məsələsinə baxacaq.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə parlamentin vitse-spikeri Ruslan Koşulinski bldirib.

Bu gün Ukrayna vaxtı ilə saat 12:00-də böhranın nizama salınması ilə bağlı razılaşma paraflanacaq.

Publika.Az –ın “İnterfaks-Ukrayna” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat xidməti bildirib.

Mətbuat xidmətinin məlumatına görə, Viktor Yanukoviçin müxalifət, Avropa İttifaqı və Rusiya nümayəndələri ilə danışıqları başa çatıb.

Qeyd edək ki, Almaniya xarici işlər naziri Valter Ştaynmayer, Polşa xarici işlər naziri Radoslav Sikorski və Rusiya ombudsmanı Vladimir Lukin dünən prezident V.Yanukoviçlə böhranın həll edilməsi yollarını müzakirə ediblər. Görüşdən sonra Polşa xarici işlər naziri Ukrayna prezidentinin 2014-cü ildə növbədənkənar parlament və prezident seçkilərini keçirməyə hazır olduğunu bildirib.

“Sağ sektor” və Maydan özünümüdafiə dəstələri yaydığı bəyanatda Kiyevə hərbi texnikanı buraxmayacaqlarını bidirib. Artıq yüzlərlə müxalifət tərəfdarı “Beresteyski" metro stansiyasının yaxınlığından keçən yolda barrikadalar qurub. Kiyevin mərkəzində də barrikadaların qurulması davam etdirilir.

ABŞ Dövlət Departamenti isə ölkə vətəndaşlarını Ukraynaya səfər etməkdən çəkinməyə çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm