Alimlər şokda: göydən soxulcan yağdı - FOTO
Bizi izləyin

Dünya

Alimlər şokda: göydən soxulcan yağdı - FOTO

Norveçin cənubunda alimləri təəccübləndirə biləcək bir hadisə baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, xizək sürən zaman qarın üstündə soxulcanlar tapan biologiya müəllimi Karstein Erstad onların qarın altından çıxmadığını, göydən düşdüyünü söyləyib.

Norveçdə baş verən “soxulcan yağışı” ilk dəfə deyil ki qeydə alınır. Bundan əvvəl ölkənin cənubundakı Molde və Bergen şəhərlərində bənzər hadisələr baş verib.

1920-ci illərdən müşahidə olunan “soxulcan yağışı”nı şərh edən alimlər heyvanların güclü küləklə başqa bir bölgədən gətirilə biləcəyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm