Ukraynada iğtişaş qurbanlarının sayı 80 nəfərə çatıb - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Ukraynada iğtişaş qurbanlarının sayı 80 nəfərə çatıb - YENİLƏNDİ

Ukraynada iğtişaş qurbanlarının sayı 80 nəfərə çatıb.Trend-in məlumatına görə, bu barədə cümə günü RİA Novosti Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenkonun bəyanatına istinadən xəbər verir.

V.Zaxarçenko bu bəyanatı nazirliyin "Facebook" səhifəsində yayıb.

11.28

Ukraynanın Səhiyyə Nazirliyi bildirir ki, Kiyevdə toqquşmalar başlayandan 77 nəfər həlak olub, tibbi yardım üçün 577 nəfər müraciət edib. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında deyilir.

Daha əvvəl Səhiyyə Nazirliyi 75 nəfərin həlak olduğunu bildirmişdi.Ümumilikdə tibbi yardım üçün 577 zərərçəkən müraciət edib, onlardan 363 nəfər xəstəxanaya yerləşdirilib. 76 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm