• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

ABŞ-da ilk “ağıllı” tapançalar satışa çıxarılıb

  • Dünya
  • 21 Fevral 2014 11:46
  • 984 Baxış
ABŞ-da ilk “ağıllı” tapançalar satışa çıxarılıb

"iP1” tapança modeli qara rəngli sukeçirməz saat ilə birlikdə işləyir.

ABŞ-ın Kaliforniya ştatında Almaniyanın "Armatix” şirkətinin hazırladığı 22 kalibrli ilk “ağıllı” tapançaların satışına başlanılıb. İnterAz ictnews-a istinadən xəbər verir ki, "iP1” tapança modeli qara rəngli sukeçirməz saat ilə birlikdə işləyir. Onlar bir-birinin yaxınlığında olduqda, “smart” silah avtomatik olaraq qoruyucudan açılır, bir-birinin yaxınlığında olmayanda isə ondan atəş açmaq mümkün olmur.

“iP1” adi tapançadan bir qədər bahadır (1399 dollar üstəgəl “RFID” çipinin quraşdırıldığı saata görə 399 dollar). Müqayisə üçün qeyd edək ki, Avstriyanın “Glock GmbH” şirkətinin istehsalı olan çoxgülləli “40 S&W” tapançasını ABŞ-da təxminən 600 dollara əldə etmək mümkündür.

“Smart” silah hələlik yalnız Los-Ancelesin şimal hissəsində yerləşən "Oak Tree Gun Club” mağazasında satılır. Mağaza sahibi Ceyms Mitçell “iP1”-in silah ticarətində inqilab edəcəyinə əmin olduğunu bildirib.

"iP1” tapançasının əsasını "RFID” çip sistemi təşkil edir. Bu sistemə bahalı geyimlərin oğurluq əleyhinə olan maqnit birkalarında rast gəlmək olar. Bu texnologiyadan İrlandiyanın “TriggerSmart” şirkəti də istifadə edir.

Lakin İrlandiya istehsalçısı əlaqələndirici qurğu kimi saatdan yox, üzükdən istifadə edir, həmçinin məktəb və ya digər ictimai yerlərin yaxınlığında olan zaman silahdan istifadəni qadağan edən sistemi inkişaf etdirir.

“Ağıllı” silahı tənqid edənlər də kifayət qədərdir. Belə ki, ABŞ İdman Atıcılığı Fondu (NSFF) tərəfindən rəyi soruşulanların 44 faizi texnologiyanın etibarlığına şübhə ilə yanaşaraq silahın lazım olan məqamda işə düşməyə biləcəyini deyiblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR