Yanukoviçin bank hesabları donduruldu
Bizi izləyin

Dünya

Yanukoviçin bank hesabları donduruldu

Kanada Ukrayna prezidenti Viktor Yanukoviç və digər yüksək vəzifəli dövlət məmurlarına qarşı sanksiyalar qəbul edib. Publika.Az –ın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Kanada baş naziri Stiven Xarperin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Kanada hakimiyyəti Ukrayna prezidenti və Ukrayna hökumətinin yüksək vəzifəli məmurları barəsində viza qadağaları tətbiq edir, həmçinin onların bank hesablarını dondurur. Lakin bəyanatda yüksək vəzifəli şəxslərin adı açıqlanmayıb.

Dünən isə Avropa İttifaqı xarici işlər nazirlərinin məsləhəti şurası Ukraynaya qarşı sanksiyalar qəbul etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm