77 nəfəri kim öldürdü? - Kiyev hadisələrində iştirak edən azərbaycanlı danışır (FOTO)
Bizi izləyin

Dünya

77 nəfəri kim öldürdü? - Kiyev hadisələrində iştirak edən azərbaycanlı danışır (FOTO)

Soydaşımız bildirib ki, insanları öldürən snayperlər əslində ruslardır.

“Maydanda 30-dan çox azərbaycanlı var. Onlar yerli əhali ilə birlikdə aktiv mübarizə aparırlar”.

Bu barədə Maydanda iştirak edən azərbaycanlı Əhməd Salamov Publika.Az –a məlumat verib. Soydaşımız bildirir ki, Maydanda iştirak edən azərbaycanlılar əsasən Ukraynada təhsil alan tələbələrdir: “Yerli azərbaycanlılar maydan tərəfdən keçməməyi belə məsləhət görürlər. Amma tələbələr fəal iştirak edirlər. Onlar həm Kiyevdə olanlardır, həm də Ukraynanın digər bölgələrindən gələnlərdir. Sayları bəlkə daha da çoxdur, amma meydan çox qarışıqdır, şəxsən mən 30 azərbaycanlını bilirəm. Azərbaycanlılar da yerli ukraynalılarla birlikdə etiraz edir, rusiyalı təxribatçıların axtarışını və zərərsizləşdirilməsini həyata keçirirlər”.

Soydaşımız qeyd edir ki, bir azərbaycanlı öldürülüb.“Ən dəhşətli qarşıdurma fevralın 19-da oldu. Həmin gün toqquşma zamanı bir neçə azərbaycanlı da Berqut xüsusi təyinatlıları tərəfindən girov götürüldü. Ayın 20-si səhər saatlarında məlumat yayıldı ki, 79 nəfər həlak olub, onlardan üçün xarici vətəndaşdır. Biri polşalı müxbir, biri erməni, biri də azərbaycanlıdır”-deyə o qeyd edib.

Soydaşımız bildirib ki, insanları öldürən snayperlər əslində ruslardır. Onun sözlərinə görə, meydanda bu barədə hər an məlumatlar verilir: “Kreşatka küçəsində müxalifətin itirdiyi binaların damlarında snayperlər yerləşdirilib. Bütün Ukrayna bilir ki, snayperçilər ruslardır. Hətta deyərdim ki, bu dəqiq məlumatdır. Məqsədləri də qarışıqlıq yaratmaq, hər şeyi müxalifətin üzərinə yıxmaqdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm