Ərdoğanın sirlərini öyrənib xaricə qaçdılar - Şok hadisə
Bizi izləyin

Dünya

Ərdoğanın sirlərini öyrənib xaricə qaçdılar - Şok hadisə

Madam ki, günahları yoxdur, ondan niyə qaçdılar? Bunlar paralel dövlətin mütəxəssisələridir”-deyə baş nazir bildirib.

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan Ankaranın Keçiören mahalında yerləşən evindəki iş otağına böcəkləri-dinləmə qurğularını yerləşdirənlərin xaricə qaçdığını deyib. Publika.Az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan bir qrup millət vəkili ilə səhər yeməyində bir araya gələrkən bu barədə danışıb.

Bir sıra mühüm məqamlarla bağlı açıqlamalar verən baş nazir “bu toplantını belə dinləyə bilərlər” deyə dinləmə qurğularına diqqət çəkib.

“Dinləmə qurğularını yerləşdirənlər, paralel dövlətlə birlikdə hərəkət edən mühafizəçilərin xaricə qaçdıqlarını məlum olub. Madam ki, günahları yoxdur, ondan niyə qaçdılar? Bunlar paralel dövlətin mütəxəssisələridir”-deyə baş nazir bildirib.

Ortalıqda olmayan dinləmə qurğularına da toxunana Ərdoğan bildirib ki, polis binasının damında tapılan cihazlar orijinal deyilmiş: “Orijinalları itib. Hazırda onları axtarırıq. Bu cihazlarla hələ də dinlənildiyini düşünürük. Hətta indi bu danışdıqlarımız belə dinlənilir. Biz bu qurumlara etimad etmişdik, amma etimadımızdan sui-istifadə etdilər. Altdan-altdan təşkilatlanıblar. Daha əvvəl də şübhələnmişdik, lakin MİT olayı onları suyun üstünə çıxardı”.

Paralel dövlətin məqsədinin bələdiyyə seçkiləri deyil, prezident seçkilərində AKP-nin çətin duruma salmaq olduğunu deyən Ərdoğan bildirib ki, təşkilatlanmış bu qruplaşma ilə mücadiləni davam etdirəcəklər. O, seçkilərdə qalib gələcəklərini bəyan edib.

Ərdoğanın prezidentliyə namizəd olub-olmayacağını öyrənmək istəyən millət vəkillərinin “Prezidentliklə bağlı ictimaiyyətə açıqlama verəcəksinizmi?” sualına Ərdoğan “Konstitusiyada prezident seçkilərinin yolu, yöndəmi göstərilib. Prezidentliyin səlahiyyəti və müddəti də var” deyə cavab verib.

Millət vəkilləri isə bunu “Baş nazir prezidentliyə namizəd olmağa hazırlaşır” kimi yozub.Ərdoğansa “Şəxslər əsas deyil, AKP təşkilatdır, bir problem olmaz” deyib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm