• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Norveç və ABŞ bir kilo balıqdan mərc ediblər

  • Dünya
  • 21 Fevral 2014 15:11
  • 437 Baxış
Norveç və ABŞ bir kilo balıqdan mərc ediblər

Norveçin ABŞ-dakı səfiri Kore Os Oslodakı amerikalı həmkarlarına Qış Olimpiya Oyunlarının paytaxtından hansı ölkənin – Norveç və ya ABŞ-ın daha çox qızıl medal aparacağından zarafatyana mərc etməyi təklif edib.

Bu barədə məlumatı diplomat özünün “Twitter”-dəki mikrobloqunda dərc edib.

“Dostcasına bir mərcə nə deyirsiniz? Nyu-York pizzasına qarşı bir kiloqram treska balığından mərcə girirəm ki, Norveç qızıl olimpiya medallarının sayına görə ABŞ-ı qabaqlayacaq”. Bunu öz səhifəsində Os yazıb.

Növbəti gün ABŞ-ın Oslodakı səfirliyindən təklifə cavab gəlib. “Qəbul olundu! Və yadınızda saxlayın ki, sizin kerlinq yığmanızın dəbdəbəli şalvarları Soçidə hələ də uğurun təminatçısı deyil”.

Xatırladaq ki, kişilər arasında Norveç kerlinq yığmasının rəngarəng “xoşbəxt şalvarları” onları, həqiqətən də, ¼ final mərhələsində məğlubiyyətdən xilas edə bilmədi. Ola bilsin ki, idmançılar camaatın gözü qarşısında bu şalvarlarını soyunmamalı idi.

Halbuki, medal cədvəlində qızıl medalların sayına görə bütün ölkələri geridə qoymuş Norveçin daha da irəliləmək şansları var. Biatlon üzrə yarışlarda Norveçi iki olimpiya çempionu təmsil edəcək.

Xatırladaq ki, bundan öncə Kanadanın baş naziri Stiven Harper və ABŞ prezidenti Barak Obama bir yeşik pivədən mərc ediblər. Mərcin mahiyyəti hokkey yığmalarının oyunlarına aiddir. Qeyd edək ki, Obama artıq bir yeşik pivəni uduzub, çünki qadınlar arasında Kanada hokkeyçiləri amerikalıları məğlub edib. Qarşıda həmin yığmaların kişilər arasında oyunu baş tutacaq. Kanada və ABŞ hokkeyçiləri yarımfinala vəsiqə qazanmaq üçün güclərini sınayacaqlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR