Avropa İttifaqı qondarma qurumları tanımağa başlayır? - "Təsadüf"lər seriyası
Bizi izləyin

Dünya

Avropa İttifaqı qondarma qurumları tanımağa başlayır? - "Təsadüf"lər seriyası

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Gürcüstan və Azərbaycan Latviyadan xoşagəlməz bir xəbər aldı. Belə ki, “Yeni dünya coğrafiyası” dərsliyində Azərbaycan və Gürcüstanın nəzarətində olmayan Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya müstəqil dövlətlər olaraq göstərilmişdi.

Publika.Az –ın verdiyi xəbərə görə, bu məsələyə “Nezavisimaya qazeta” da toxunub.Qəzet yazır ki, Latviya dərsliyində yol verilən “səhv” azərbaycanlı jurnalistlər tərəfindən aşkarlanıb və hadisəyə görə, Latviya prezidenti Andris Berzinş təəssüfünu ifadə edib.

“Azərbaycan KİV-i Latviya dərsliyindəki bu “tanınma”nı “erməni lobbisinin fitnəsi” adlandırırdı. Amma sonra məlum oldu ki, Dağlıq Qarabağ yeganə “xoşbəxt” deyil. Eyni dərslikdə Abxaziya və Cənubi Osetiya da “müstəqil dövlət” olaraq göstərilmişdi. Və Tiflis də Latviyadan incidi”, - “Nezavisimaya qazeta” bildirir.

Rusiya nəşri Gürcüstan deputatlarının bu hadisə qarşısında çaşıb qaldıqlarını qeyd edib:“Onlar deyirdilər ki, bunun Abxaziya və Cənubi Osetiyanı tanıyan Venesuela ilə Naurunun dərsliklərində olması mümkündür, amma söhbət Avropa İttifaqı və NATO-nun üzvü, Gürcüstanın ərazi bütövlüyünü həmişə dəstəkləyən, Gürcüstanın partnyoru Latviyadan gedir. Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili isə vəziyyəti dramatikləşdirməməyə çağırıb. O, Latviya dərsliklərində Abxaziya və Cənubi Osetiyanın müstəqil dövlət kimi yada salınmasının yaxşı hal olmadığını, amma dəhşətli heç nəyin olmadığını bildirib”.

Latviya prezidenti A.Berzinş hadisəni anlaşılmazlıq olaraq dəyərləndirib. O, ümidvar olduğunu bildirib ki, ölkələrin arasında münasibətlər pisləşməyəcək. Prezident Gürcüstanın ərazi bütövlüyünün Latviya tərəfindən tanındığını dilə gətirib.

Bununla belə, “Nezavisimaya qazeta” Tiflisin nəzarətindən çıxan muxtariyyətlərlə bağlı son vaxtlar “xırda xoşagəlməz hadisələr”ın sayı artmağa başlayıb:

“Yaxın vaxtlarda məlum oldu ki, Sxinvali və İtaliyanın Lanuzei şəhərləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bir az sonra Norveçin Bergen şəhərində Abxaziyanın müstəqilliynə həsr olunan sərgi təşkil olundu. Başqa bir informasiyaya görə, Bergendə “Abxaziya səfirliyi” açılıb. Gürcüstanın Xarici İşlər Nazirliyi Norveçdən izahat istədi və Gürcüstanın ərazi bütövlüyünün tanınması ilə bağlı Norveç hökumətindən təminat aldı”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm